Yuxarı

Şeyxülislam Allahşükür Paşazadə: "Ermənilər yazıqlıq pərdəsi arxasında məkrli siyasətlərini həyata keçirməkdən çəkinmirlər"

Türkiyədə ermənilər nə qədər dinc əhalini qırıblar

Bakı. 30 mart. REPORT.AZ/ "Biz bir gün olsun belə gözləməməliyik. Çünki ermənilər harda imkan varsa orada da öz yalançı təbliğatlarını aparırlar". “Report”un məlumatına görə, bunu 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunan konfransda Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. 

Şeyxülislam qeyd edib ki, Azərbaycanın iqtisadi qüdrəti artdıqca ermənilərin səsi daha çox gəlir: “Erməni xalqı harda olursa-olsun, özlərini yazıq göstərməyi bacarırlar. Lakin bu yazıqlıq pərdəsi arxasında məkrli siyasətlərini həyata keçirməkdən çəkinmirlər. Ermənilər Azərbaycanın dünyada və regionda iqtisadi qüdrətinin artmasından narahat olur və qorxurlar. Buna görə də daha çox “qışqırmağa” başlayırlar. Türkiyədə ermənilər nə qədər dinc əhalini qırıblar. Amma indi özlərini dünya ictimaiyyətinə “soyqırıma” məruz qalmış xalq kimi təqdim edirlər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi