Səudiyyə Ərəbistanının şahzadəsi: "Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyət öz acizliyini nümayiş etdirir"

Səudiyyə Ərəbistanının şahzadəsi: "Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyət öz acizliyini nümayiş etdirir" Turki əl-Faysal: "Rusiya və ABŞ münaqişələrin həllinə maneə törətmək üçün qəsdən regionlarda problemlər yaradırlar"
Qarabağ
16 Mart , 2017 13:15
Səudiyyə Ərəbistanının şahzadəsi: Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyət öz acizliyini nümayiş etdirir
Report.az

Bakı. 16 mart. REPORT.AZ/ "Dünya ictimaiyyəti bu gün Suriya və Dağlıq Qarabağ məsələlərində öz acizliyini nümayiş etdirir".

"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının şahzadəsi, Kral Faysal adına İslam Araşdırmaları Mərkəzinin sədri Turki əl-Faysal V Qlobal Bakı Forumunda deyib.

Onun sözlərinə görə, Rusiya və ABŞ münaqişələrin həllinə maneə törətmək üçün qəsdən regionlarda problemlər yaradırlar.

Turki əl-Faysal BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin dəyişdirilməsinin, dünya siyasətinə yanaşmalarını, dünyanı anlama formasını dəyişdirməsinin zəruriliyini söyləyib.

"Fələstin torpaqları və Dağlıq Qarabağın işğalının dayandırılması haqqında qətnamələrin yerinə yetirilməsinə maneə yaradılmamalıdır", - şahzadəsi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi