Yuxarı
    Bağlamaq

    Sergey Markov: "Azərbaycan Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir"

    Rusiya bu gün bütün səviyyələrdə - siyasət, mədəniyyət, vətəndaş cəmiyyəti, turizm və başqa sahələrdə yenilənən Azərbaycan görməlidir© Sputnik/ Vladimir Trefilo

    Moskva. 14 sentyabr. REPORT.AZ/ "Bu gün Azərbaycan geosiyasi bölgüdə xüsusi yer tutur".

    "Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" konfransında deyib.

    "Azərbaycanın xüsusi iqtisadi və siyasi rolunu nəzərə alsaq,  Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir", - S.Markov bildirib.

    Ekspertin sözlərinə görə, bu yaxınlarda Rusiyanın və NATO-nun Baş Qərargah rəislərinin Bakıda keçirdiyi görüş rəsmi Bakının geosiyasi bölgüdə xüsusi yer tutduğunun təsdiqidir.

    S.Markov qeyd edib ki, Rusiya bu gün bütün səviyyələrdə - siyasət, mədəniyyət, vətəndaş cəmiyyəti, turizm və başqa sahələrdə yenilənən Azərbaycan görməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi