Yuxarı
    Bağlamaq

    Sergey Lebedev: "Biz Azərbaycan və Ermənistan XİN başçılarına müraciətimizin həyata keçiriləcəyinə ümid edirik"

    Bütün MDB ölkələri hərbi əməliyyatların dayandırılmasından məmnunluğunu bildiriblər

    Bakı. 8 aprel. REPORT.AZ/ MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsi zonasında yaranan vəziyyət müzakirə olunub. 

    "Report" xəbər verir ki, bu barədə MDB-nin icra katibi Sergey Lebedev mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, Rusiya XİN başçısı Sergey Lavrov iclasda Bakıda bu problemlə bağlı keçirilən görüşlərinin nəticələri haqqında məruzə edib: "Bundan başqa, Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Edvard Nalbandyan bu məsələylə bağlı mövqelərini bildiriblər". 

    S.Lebedev əlavə edib ki, bütün MDB ölkələri hərbi əməliyyatların dayandırılmasından məmnunluğunu ifadə ediblər: "Biz vəziyyətə görə çox narahatıq. Hər kəs tərəflərin sülh danışıqlarına qayıtmasını istəyib. Problem mürəkkəbdir və biz ümid edirik ki, MDB XİN başçılarının Azərbaycan və Ermənistandan olan həmkarlarına müraciətləri həyata keçiriləcək". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi