Yuxarı

Sergey Lavrov Yerevanda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək

Mariya Zaxarova: Moskva münaqişə tərəfləri ilə əlaqəni heç vaxt kəsməyib

Bakı. 19 aprel. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti müzakirə etmək üçün aprelin 22-də Yerevana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Moskvada jurnalistlərlə görüşü zamanı məlumat verib.

"Cümə günü Sergey Lavrov Yerevana səfər edəcək, bir sıra ikitərəfli danışıqlar keçirəcək. Əlbəttə ki, Dağlıq Qarabağ mövzusu da müzakirə ediləcək və mərkəzi mövzulardan biri olacaq", - deyə M.Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva münaqişə tərəfləri ilə əlaqəni heç vaxt kəsməyib.

"İşlər bitmir. Təbii ki, atıla biləcək konkret addımlardan söhbət gedir", - deyə XİN nümayəndəsi vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi