Bakı. 11 avqust. REPORT.AZ/ Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro telefon söhbəti zamanı Suriya və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
"Suriya mövzusu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə də fikir mübadiləsi aparılıb", — deyə Rusiya xarici siyasət idarəsinin məlumatında bildirilir.