Yuxarı

​Sergey Lavrov və Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər

Danışıqlarda münaqişənin sülh yolu ilə həlli vasitələri, habelə ATƏT-in Minsk Qrupunun növbəti addımları müzakirə olunub

Bakı. 9 may. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri bugünkü telefon danışığında Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. "Report"un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. 

Məlumata görə, Rusiya və ABŞ rəsmisi arasındakı danışıqlarda münaqişənin dinc vasitələrlə nizamlanması, habelə ATƏT-in Minsk Qrupunun növbəti mərhələdə atacağı addımlar diqqət mərkəzində olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi