Sergey Lavrov: "Ümid edirəm ki, Azərbaycan və Ermənistan XİN başçılarının razılaşdırdıqları şərtlər reallaşacaq"

Sergey Lavrov: "Ümid edirəm ki, Azərbaycan və Ermənistan XİN başçılarının razılaşdırdıqları şərtlər reallaşacaq" Bakı. 1 fevral. REPORT.AZ/ Ümid edirəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin razılaşdırdıqları şərtlər reallaşacaq.
Qarabağ
1 Fevral , 2018 14:59
Sergey Lavrov: Ümid edirəm ki, Azərbaycan və Ermənistan XİN başçılarının razılaşdırdıqları şərtlər reallaşacaq
Report/ Elshan Baba

Bakı. 1 fevral. REPORT.AZ/ "Ümid edirəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin razılaşdırdıqları şərtlər reallaşacaq".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano ilə görüşünün yekununda təmas xəttində ATƏT-in müşahidəçi missiyasının genişləndirilməsi barədə əldə olunmuş razılaşmanı şərh edərkən deyib.

"ATƏT-in tez bir zamanda bunu tətbiq edəcəyinə ümid edirəm. Müşahidəçilərin sayını artırmaqla münaqişənin əbədiləşdiriləcəyinə dair şübhələr eşitmişəm. Amma nəzərə almaq lazımdır ki, hər hansı münaqişənin istənilən həlli təhlükəsizliyin möhkəmləndirilməsi üzrə addımlarla müşayiət olunmalıdır", - deyə S.Lavrov bildirib.

Son xəbərlər

Orphus sistemi