Sergey Lavrov Rusiyanın Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini təklif edəcək

Sergey Lavrov Rusiyanın Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini təklif edəcək Mariya Zaxarova: "Sergey Lavrov heç vaxt harasa əliboş yollanmır"
Qarabağ
21 Aprel , 2016 14:36
Sergey Lavrov Rusiyanın Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini təklif edəcək

Bakı. 21 aprel. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini təklif edəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə məlumat verib.

"Sergey Lavrov heç vaxt harasa əliboş yollanmır. Bunun plan, proqram, layihə, sənəd olması barədə danışmaq məncə, düzgün olmazdı. Söhbət müxtəlif ideyalar barədə səylərdən və nizamlanmanın məcrasından gedir", - deyə M.Zaxarova bildirib.

Son xəbərlər

Orphus sistemi