Sergey Lavrov: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə hərtərəfli kömək göstərmək üçün hər şeyi edəcək"

Sergey Lavrov: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə hərtərəfli kömək göstərmək üçün hər şeyi edəcək" "1994-95-ci illərdə əldə edilmiş atəşkəs razılaşması müddətsizdir və hamı ona hörmət etməlidir"
Qarabağ
22 Aprel , 2016 12:14
Sergey Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə hərtərəfli kömək göstərmək üçün hər şeyi edəcək

Bakı. 22 aprel. REPORT.AZ/ "Rusiya ATƏT-in Misnk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərtərəfli kömək göstərmək üçün hər şeyi edəcək".

"Report" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda keçirdiyi mətbuat konfransında deyib.

O, qoşunların təmas xəttində baş vermiş son olaylar zamanı həyatını itirənlərə başsağlığı verib.

"Bu münaqişənin hərbi həlli yoxdur və ola da bilməz. O, yalnız diplomatik vasitələrlə həll olunmalıdır", - deyə S.Lavrov bildirib.

Rusiya XİN başçısı 1994-95-ci illərdə əldə edilmiş atəşkəs razılaşmasının müddətsiz olduğunu və hamının ona hörmət etməsinin zəruriliyini qeyd edib.

S.Lavrov, həmçinin qarşılıqlı etimad, təmas xəttindəki insidentlərin araşdırılması tədbirlərinə diqqət ayrılmasının vacibliyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi