Sergey Lavrov: "Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edir"

Sergey Lavrov: "Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edir" Bakı. 21 iyun. REPORT.AZ/ Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edir.
Qarabağ
21 İyun , 2018 17:52
Sergey Lavrov: Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edir
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ "Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edir".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada BMT baş katibi Antoniu Quterriş ilə birgə mətbuat konfransında Dağlıq Qarabağ üzrə yerinə yetirilməyən BMT qətnamələrini şərh edərkən deyib.

"Bu qətnamələr hərbi əməliyyatlar dövründə qəbul olunub. Onlar böyük ölçüdə bu qanlı vəziyyətə son qoymağa və məsələni siyasi dialoqa çevirməyə imkan verib", - S.Lavrov qeyd edib.

O xatırladıb ki, daha sonra ATƏT-in Minsk qrupu yaradılıb. "Biz hamımız - Rusiya, ABŞ və Fransa hələ də bununla məşğul oluruq, qarşımızda duran vəzifələri həyata keçirmək üçün çalışırıq. Bunun baş verməsi üçün münaqişə tərəfləri arasında konsensus olmalıdır. Bu istiqmətdə irəliləyən kimi, əminəm ki, məsələnini nizamlanması elə də uzaqda olmayacaq", - deyə Rusiya XİN başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi