Bakı. 31 avqust. REPORT.AZ/ Rusiyanın və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Edvard Nalbandyan arasında telefon danışığı baş tutub. Söhbət zamanı S.Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair məsələni müzakirə edib.
"Report"un verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-i məlumar verib.
"Rusiyanın xarici işlər naziri ilə Ermənistan XİN rəhbəri arasında telefon danışığı baş tutub. Söhbət zamanı XİN rəhbərləri ikitərəfli xarici siyasətə dair məsələlər müzakirə olunub. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə də toxunulub", - RF XİN-in mətbuat xidməti bildirib.