Yuxarı

​Sergey Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Tərəflər bir sıra ikitərəfli və beynəlxalq mövzulara toxunublar

Bakı. 17 İyul. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbəndyan ilə telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini müzakirə edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytına yerləşdirilən məlumatda bildirilir.

"Həmsöhbətlər bəzi ikitərəfli və beynəlxalq mövzular, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problematikası üzrə fikir mübadiləsi aparıblar", - deyə məlumatda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi