Sergey Lavrov: "Dağlıq Qarabağ probleminin həlli mürəkkəbdir, bu, vaxt tələb edir"

Sergey Lavrov: "Dağlıq Qarabağ probleminin həlli mürəkkəbdir, bu, vaxt tələb edir" "Rusiya Ermənistan tərəfini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakıda baş tutmuş danışıqlarla tanış etdi"
Qarabağ
21 Noyabr , 2017 11:59
Sergey Lavrov: Dağlıq Qarabağ probleminin həlli mürəkkəbdir, bu, vaxt tələb edir
Report/ Elshan Baba

Bakı. 21 noyabr. REPORT.AZ/ "Rusiya Ermənistan tərəfini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakıda baş tutmuş danışıqlarla tanış etdi".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevandakı mətbuat konfransında deyib.

XİN başçısı qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiya digər həmsədr ölkələrlə birgə bu münaqişənin həllinə şəraitin yaradılması üçün kömək etmək niyyətindədir.

"Prezidentlərin Cenevrədə görüşü barədə müsbət danışmalarının müsbət məqam olduğunu düşünürəm. Bu müsbət məqamın prosesdə irəliləyişə nail olmağa yardım etməsi çox vacibdir", - S.Lavrob bildirib. 

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri bunun üzərində işləyirlər.

Rusiya XİN başçısı vurğulayb ki, bu mərhələdə xüsusi nikbinlik mümkün deyil, çünki Dağlıq Qarabağ münaqişəsinin həlli çətindir və bu, vaxt tələb edir.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri noyabrın 20-də Bakıda olub və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Son xəbərlər

Orphus sistemi