Yuxarı
    Bağlamaq

    Sergey Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir"

    XİN rəhbəri: Tərəflər Kazan sammitinin müddəalarından istifadə etməlidirlər

    Bakı. 8 aprel. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlarda irəliləyişin əldə edilməsi üçün bir-birlərinə qarşı inamsızlıqdan imtina etməli, 2011-ci ildə keçirilmiş Kazan sammitinin razılaşmalarından istifadə etməlidirlər.

    "Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan mətbuatına müsahibəsində deyib.

    Müsahibənin mətni Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

    "Ən vacibi inamsızlıqdan çəkilmək, - hansı ki, əvvəlki kimi bəzən danışıqların gedişatında görünür - və həqiqi, praqmatik ideyalarda cəmləşməkdir", - deyə Lavrov bildirib.

    Onun sözlərinə görə bu ideyaları "kağıza qoymaq" (rəsmiləşdirmək-red) lazımdır.

    Rusiyanın XİN rəhbəri qeyd edib ki, 2011-ci ildə Kazan sammitinə hazırlıq o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri arasında da intensiv aparılıb. 

    "Lakin sammitin gedişatında əlavə məsələlər və şərhlər ortaya çıxdı. Belə hallar olur. Biz bunu xüsusi faciəyə çevirmirik. İş davam etməlidir", - deyə Lavrov vurğulayıb.

    O, qeyd edib ki, Kazan sammitinin bir çox müddəaları hələ də aktuallığını itirməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi