Sergey Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bir çox aspekt üzrə hər iki tərəfin razılığı var"

Sergey Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bir çox aspekt üzrə hər iki tərəfin razılığı var" "Hazırda yekun həll üçün əsas olan iki-üç konkret mövzu müzakirə olunur"
Qarabağ
6 Mart , 2017 16:44
Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bir çox aspekt üzrə hər iki tərəfin razılığı var
Report.az

Bakı. 6 mart. REPORT.AZ/ "Hazırda Dağlıq Qarabağ münaqişəsinin yekun həlli üçün əsas olan iki-üç konkret mövzu müzakirə olunur."

"Report" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla keçirdiyi görüşdən sonra Moskvada mətbuat konfransında bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanacağına ümid edirik. Bunu həll edilməli olan əsas məsələlər üzrə birgə anlayışların işlənib hazırlandığı çoxillik əlaqələrə əsasən deyirəm. Buraya təhlükəsizlik, humanitar məsələlər, eləcə də hazırda Azərbaycanın nəzarətində olmayan Qarabağ ətrafındakı rayonların qaytarılması, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi daxildir. Yekun həllin bir çox aspektləri üzrə hər iki tərəfin razılığı var. Amma münaqişənin yekun həlli üçün əsas olan iki-üç konkret mövzu var ki, onlar hələ müzakirə olunur. Özümüzü aldatmayaq, tərəflərin qalan məsələlərdə vahid yanaşma üzrə hərəkət etməsini görməkdən uzağıq" - S.Lavrov vurğulayıb.

Onun sözlərinə görə, hazırkı şəraitdə qalan məsələlərin həll olunması üzrə əsaslı danışıqları bərpa etməzdən əvvəl son zamanlar təmas xəttində yaşanan gərginliyə son vermək lazımdır. S.Lavrov bu məsələdə etimad tədbirlərinin möhkəmləndirilməsinin mühüm rol oynaya biləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi