Yuxarı
    Bağlamaq

    Sergey Lavrov: "Biz Dağlıq Qarabağ münaqişəsinin həllində bəlkə də hamıdan çox maraqlıyıq"

    Sazişin prinsipləri danışıqlar masasındadır. Demək olar, biz çox yaxınıq

    Bakı. 7 aprel. REPORT.AZ/ "Biz Dağlıq Qarabağ münaqişəsinin həllində bəlkə də hamıdan çox maraqlıyıq. Münaqişə yalnız onda bilavasitə iştirak edən tərəflərə yox, bütün regiona ziyan vurur. Çünki regionun böyük tranzit əhəmiyyəti var".

    "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan, Rusiya və İran XİN başçılarının üçtərəfli görüşünün yekunlarına həsr olunan mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

    Rusiya XİN başçısı qoşunların təmas xəttində gərginliyin qarşısının alınması üçün tədbirlər keçirilməsinin əhəmiyyətini vurğulayıb. O əlavə edib ki, sazişin prinsipləri danışıqlar masasındadır: "Demək olar, biz çox yaxınıq. Sabah Nalbandyanla keçirəcəyim görüş də bu məsələylə bağlı olacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi