Sergey Lavrov: "Biz Dağlıq Qarabağ münaqişəsinin həllində bəlkə də hamıdan çox maraqlıyıq"

Sergey Lavrov: "Biz Dağlıq Qarabağ münaqişəsinin həllində bəlkə də hamıdan çox maraqlıyıq" "Sazişin prinsipləri danışıqlar masasındadır. Demək olar, biz çox yaxınıq"
Qarabağ
7 Aprel , 2016 12:41
Sergey Lavrov: Biz Dağlıq Qarabağ münaqişəsinin həllində bəlkə də hamıdan çox maraqlıyıq

Bakı. 7 aprel. REPORT.AZ/ "Biz Dağlıq Qarabağ münaqişəsinin həllində bəlkə də hamıdan çox maraqlıyıq. Münaqişə yalnız onda bilavasitə iştirak edən tərəflərə yox, bütün regiona ziyan vurur. Çünki regionun böyük tranzit əhəmiyyəti var".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan, Rusiya və İran XİN başçılarının üçtərəfli görüşünün yekunlarına həsr olunan mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya XİN başçısı qoşunların təmas xəttində gərginliyin qarşısının alınması üçün tədbirlər keçirilməsinin əhəmiyyətini vurğulayıb. O əlavə edib ki, sazişin prinsipləri danışıqlar masasındadır: "Demək olar, biz çox yaxınıq. Sabah Nalbandyanla keçirəcəyim görüş də bu məsələylə bağlı olacaq".

Son xəbərlər

Orphus sistemi