Sergey Lavrov: "ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə cəhd göstərdiyini görürük"

Sergey Lavrov: "ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə cəhd göstərdiyini görürük" "Nizamlama yolunda irəliləyiş üçün ciddi maneələr var"
Qarabağ
25 Aprel , 2017 14:42
Sergey Lavrov: ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə cəhd göstərdiyini görürük

Bakı. 25 aprel. REPORT.AZ/ "ATƏT-in Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həllinə yardım etməyə cəhd göstərdiyini görürük. ATƏT-in Qafqazda sabitlik üzrə Cenevrə müzakirələrində müsbət iştirakını görürük".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan ATƏT-in baş katibi Lamberto Zanyer ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Nizamlama yolunda irəliləyiş üçün ciddi maneələr var. Amma bütün iştirakçı tərəflər kompromis üçün şərait yaratmaq niyyətindədir", - Rusiya XİN başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi