​Serb nazir: "Biz Madrid prinsiplərini dəstəkləyirik"

​Serb nazir: "Biz Madrid prinsiplərini dəstəkləyirik" O, Yerevanda Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşüb
Qarabağ
25 Noyabr , 2015 14:16
​Serb nazir: Biz Madrid prinsiplərini dəstəkləyirik

Bakı. 25 noyabr. REPORT.AZ/ "Serbiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən tədqim olunan Madrid prinsiplərini dəstəkləyir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Serbiyanın müdafiə naziri Bronislav Qaşiç bu ölkəyə səfəri çərçivəsində Yerevanda keçirdiyi brifinqdə bildirib.

Məlumata görə, o, Yerevanda Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşüb.

Qeyd edək ki, Serbiya ATƏT-in fəaliyyətdə olan sədridir. 

Son xəbərlər

Orphus sistemi