Səməd Seyidov: “Danışıqları pozan yalnız Ermənistandır”

Səməd Seyidov: “Danışıqları pozan yalnız Ermənistandır” “Danışıqlar status-kvonun dəyişdirilməsinə gətirib çıxarır”
Qarabağ
10 May , 2016 09:24
Səməd Seyidov: “Danışıqları pozan yalnız Ermənistandır”

Bakı. 10 may. REPORT.AZ/ “Ermənistan bütün vasitələrlə danışıqlar prosesini pozmağa cəhd göstərir”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

“Çünki danışıqlar status-kvonun dəyişdirilməsinə gətirib çıxarır. Bütün beynəlxalq təşkilatların status-kvonun dəyişdirilməsi ilə bağlı bəyanatları var. Bunu pozmaq, dağıtmaq üçün hər cür vasitəyə əl atırlar. Danışıqları pozan yalnız Ermənistandır”, - deyə, S.Seyidov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi