Yuxarı
    Bağlamaq

    Səməd Seyidov: “Dağlıq Qarabağ münaqişəsi Avropa üçün təhlükə yaradır”

    Dinlə
    “Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb, davam edir”AŞPA nümayəndə heyətinin rəhbəri Səməd Seyidov

    Bakı. 8 may. REPORT.AZ/ “Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb, davam edir. Bunun çox ağır nəticələri var”.

    “Report”un xəbərinə görə, bu fikri Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

    S.Seyidov bildirib ki, Ermənistan bir neçə dəfə Rusiya və Qazaxıstan bazarlarına Dağlıq Qarabağın məhsullarını çıxarmağa cəhd ediblər: “Azərbaycanın sərt etirazından sonra bu, aradan qaldırıldı. Avropa İttifaqı səviyyəsində də bu məsələ həll edilməlidir. Dağlıq Qarabağda və digər münaqişə ocaqlarında təhlükəli tendensiyalar baş verir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Amma bəzən çalışırlar ki, Azərbaycanı gözdən salsınlar, deyirlər ki, guya ölkədə insan hüquq və azadlıqları pozulur. Bunlar doğru deyil. Dağlıq Qarabağ münaqişəsi yalnız Cənubi Qafqaz regionu üçün deyil, Avropa üçün də təhlükə yaradır, ona görə də həll edilməlidir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi