Yuxarı
    Bağlamaq

    Səməd Seyidov: “AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qaldıracağıq”

    “Sessiyanın gündəliyində Azərbaycanla bağlı birbaşa hansısa məsələ yoxdur”

    Bakı. 30 noyabr. REPORT.AZ/ "Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gələn ilin yanvar ayında keçiriləcək qış sessiyasının gündəliyində Azərbaycanla bağlı birbaşa hansısa məsələ yoxdur. Lakin, bu, o demək deyil ki, Azərbaycan öz məsələlərini Avropa Şurasında müzakirə etməyəcək".

    Bunu "Report"a açıqlamasında AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

    AŞPA-nın yanvar sessiyasının gündəliyinin məlum olduğunu xatırladan S.Seyidov qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri bu dəfə də ölkənin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini diqqətə çatdıracaqlar: "Eyni zamanda, Azərbaycanda gedən prosesləri də AŞPA üzvlərinə çatdıracağıq".

    Qeyd edək ki, AŞPA-nın qış sesiyası 2017-ci il yanvarın 23-27-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi