Səməd Seyidov: "AŞPA-nın Münaqişələr üzrə Alt Komitəsinin fəaliyyət göstərməsi Azərbaycan üçün müsbət haldır"

Səməd Seyidov: "AŞPA-nın Münaqişələr üzrə Alt Komitəsinin fəaliyyət göstərməsi Azərbaycan üçün müsbət haldır" "Dağlıq Qarabağ münaqişəsi nə qədər çox gündəmə gətirilərsə, münaqişənin həllinə o qədər tez nail olarıq"
Qarabağ
25 Yanvar , 2018 10:32
Səməd Seyidov: AŞPA-nın Münaqişələr üzrə Alt Komitəsinin fəaliyyət göstərməsi Azərbaycan üçün müsbət haldır

Strasburq. 25 yanvar. REPORT.AZ/ "Avropa Şurası Parlament Assamleyasının Münaqişələr üzrə Alt Komitəsi yenidən formalaşdırılır. Belə qurumların sayca çoxluğu Azərbaycan üçün müsbət haldır". 

Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O xatırladıb ki, hər il Parlament Assamleyasının qış sessiyasında Alt Komitənin yenidən formalaşdırılması məsələsinə baxılır və qərar qəbul edilir: "Belə komitənin fəaliyyət göstərməsi Azərbaycan üçün çox müsbət haldır. Münaqişələr üzrə Alt Komitə çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ətrafında müzakirələr aparılır. Dağlıq Qarabağ münaqişəsi nə qədər çox gündəmə gətirilərsə, münaqişənin həllinə o qədər tez nail olarıq".

Son xəbərlər

Orphus sistemi