Səfirlik: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllində israrlıdır"

Səfirlik: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllində israrlıdır" Rusiyanın Yerevandakı səfirliyi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edib
Qarabağ
4 Sentyabr , 2015 19:31
Səfirlik: Rusiya Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllində israrlıdır

Bakı. 4 sentyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki münaqişənin istisnasız danışıqlar yolu ilə həllinə israr edəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Yerevandakı səfirliyi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edərkən bildirib.

Səfirlik Rusiya XİN başçısı Sergey Lavrovun bu ilin mayında verdiyi bəyanatdan örnək gətirərək vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında razılaşmanın əldə edilməsi Rusiya xarici siyasətinin prioritetlərindəndir. Bu il sentyabrın 1-də Sergey Lavrov bəyan edib ki, biz hamı tərəfindən qəbul edilən məxrəcə irəliləməyə cəhd göstəririk. Ümid edirik ki, bu irəliləyişə nail olacağıq". 

Son xəbərlər

Orphus sistemi