Yuxarı

Səfirlik: Misir Qarabağda keçiriləcək "parlament seçkiləri"ni tanımır

Misir beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana ölkənin ərazi bütövlüyünün bərpa olunmasında yardın göstərməyə hazırıdır

Bakı. 8 aprel. REPORT.AZ/ "Misirin mövqeyi dəyişilməz olaraq qalır, rəsmi Qahirə separatçı rejimin Azərbaycanın işğal olunan ərazilərində keçirmək istədiyi "parlament seçkiləri"ni tanımır". "Report" xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Heysəm Cəlal Misir Mədəniyyəti Mərkəzində jurnalistlərlə görüşü zamanı bildirib.

Heysəm Cəlal öz ölkəsinin Azərbaycan dövlətinə ərazi bütövlüyünün bərpa olunmasında kömək etməyə hazır olduğunu söyləyib. 

"Misir BMT və ya İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana ölkənin ərazi bütövlüyünün bərpa olunmasında kömək etməyə hazırdır. Misir Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin tərəfdarıdır", - o qeyd edib. 

Ermənistan KİV-də yayılan məlumata əsasən, Dağlıq Qarabağdakı separatçı rejim mayın 3-də "parlament seçkiləri" keçirmək niyyətindədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi