Yuxarı

​Səfirlik: Almaniya XİN başçısı Bakıda və Yerevanda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək

Səfər Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində həyata keçiriləcək

Bakı. 28 iyun. REPORT.AZ/ "Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer Bakıda və Yerevanda Dağlıq Qarabğ münaqişəsinin həlli yollarını müzakirə edəcək".

Bu barədə "Report"a Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, iyunun 29-dan onun Cənub Qafqaza - Azərbaycan, Gürcüstan və Ermənistana üçgünlük səfəri başlayacaq.

Səfər Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində həyata keçiriləcək.

İyulun 1-də F.V.Ştaynmayer Tbilisidə ATƏT Parlament Assambleyasının illik iclasının açılışında iştirak edəcək. Gürücstana səfərində onu Almaniyanın mədəniyyət və iqtisadiyyat üzrə nümayəndə heyəti müşayiət edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi