Yuxarı
    Bağlamaq

    Səfir: "Xocalı soyqırımının günahkarları cəzalandırılmalıdır"

    Anar İmanov: Beynəlxalq ictimaiyyət siyasi iradənin olmaması səbəbindən hələ də cinayəti araşdırmayıb

    Bakı. 23 fevral. REPORT.AZ/ Vyetnamda Azərbaycan torpaqlarının işğalı və Xocalı faciəsinə həsr olunmuş seminar keçirilib.

    "Report" Vyetnam KİV-inə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın bu ölkədəki səfiri Anar İmanov rəsmi Bakının faciənin günahkarlarının cəzalandırılmasını tələb etdiyini bildirib.

    O, bu faciəyə görə, məsuliyyət daşıyan qüvvələrin hələ də məhkəmə qarşısına çıxmadığını və layiq olduqları cəzaları almadıqlarını dilə gətirib. Səfir beynəlxalq KİV-i Azərbaycan xalqının başına gətirilən dəhşətli qırğınlar və soyqırımı haqqında həqiqəti deməyə çağırıb.

    Missiya rəhbəri beynəlxalq ictimaiyyətin siyasi iradənin olmaması səbəbindən hələ də cinayəti araşdırmadığını vurğulayıb. Bu baxımdan, A.İmanov beynəlxalq ədalət sistemində islahatlar aparılmasını təklif edib.

    Vyetnamlı tədqiqatçılar və politoloqlar isə, öz növbəsində, Vyetnam müharibəsi zamanı vyetnamlıların amerikalı hərbçilər tərəfdən kütləvi öldürülməsi zamanı bənzər travma aldıqlarını xatırladaraq, Azərbaycan tərəfini yaxşı anladıqlarını qeyd ediblər.

    Seminarda, həmçinin səfirliyin dəstəyi ilə çəkilmiş Xocalı faciəsi ilə bağlı sənədli film də nümayiş etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi