Yuxarı
    Bağlamaq

    Səfir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İrəvan və Bakının mövqelərinin yaxınlaşdırılmasına kömək edəcək"

    Biz sülh yolu ilə nizamlanmaya alternativ görmürük

    Bakı. 10 fevral. REPORT.AZ/ Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədi ilə Ermənistan və Azərbaycanın mövqelərinin yaxınlaşdırılmsı üçün tədbirlərini davam etdirəcək.

    "Report" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin deyib.

    "2016-cı ilin aprelində baş verən dördgünlük müharibədən sonra həmsədr ölkələr tərəfindən (Rusiya, ABŞ və Fransa) vəziyyətin normallaşdırılması üçün bir sıra tədbirlər görüldü. Lakin, təəssüf ki, beynəlxalq vasitəçiliklə əldə olunmuş razılaşmalar, o cümlədən silahlı insidentlərin araşdırılması mexanizminin yaradılması və münaqişə zonasında ATƏT-in müşahidə missiyasının genişləndirilməsi hələ də həyata keçirilməyib", - deyə Volınkin bildirib.

    Səfir qeyd edib ki, ümumilikdə Rusiya Zaqafqaziyada stabillik və dincliyin bərpa olunması mövqeyindən çıxış edir.

    "Biz sülh yolu ilə nizamlanmaya alternativ görmürük, Minsk qrupu üzrə tərəfdaşlarımızla tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərimizi davam etdirəcəyik", - deyə o əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi