Yuxarı
    Bağlamaq

    Səfir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlara malikdir"

    Moskvada Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib

    Moskva. 9 dekabr. REPORT.AZ/ Moskvada Rusiya Federasiyasının Federal Məclisinin həftəlik nəşri olan "Parlamentskaya qazeta"nın ("Парламентская газета") Mətbuat Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr edilmiş "Rusiya-Azərbaycan münasibətləri: Dostluq və qarşılıqlı faydalı əməkdaşlığın 25 ili" mövzusunda "dəyirmi masa" keçirilib.

    "Report"un Rusiya bürosunun verdiyi xəbərə görə, müzakirələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitəsinin üzvü İqor Morozov, Dövlət Dumasının deputatı Dmitriy Savelyev, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov iştirak ediblər.

    Çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, 25 illik müstəqillik dövründə Azərbaycan uzun inkişaf yolu keçərək, Qafqaz regionunun iqtisadi cəhətdən ən güclü ölkəsinə çevrilib.

    P.Bülbüloğlu 1990-cı illərin hadisələrini xatırladaraq bildirib ki, o vaxtlar polkovnik Surət Hüseynovun tankları Bakıdan 50 km aralıda idi. Məhz Azərbaycan xalqının təkidi ilə ümummilli lider Heydər Əliyev o dövrdə ölkəni vətəndaş müharibəsindən xilas edib və Azərbaycan dövlətçiliyini yenidən qurub".

    Dağlıq Qarabağ münaqişəsinə toxunan P.Bülbüloğlu deyib ki, Rusiya, ATƏT-in Minsk qrupunun üzvü və regionun ən böyük dövləti kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün lazım olan imkanlara malikdir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi