Yuxarı
    Bağlamaq

    Səfir: "İsveçrə Dağlıq Qarabağ münaqişəsiylə bağlı danışıqlara əhəmiyyətli töhfə verib"

    İsveçrə prezidenti və ATƏT-in xüsusi nümayəndəsi Qarabağ üzrə danışıqlarda iştirak edib

    Bakı. 30 mart. REPORT.AZ/ "İsveçrə xüsusilə də 2014-cü ildə ATƏT-ə sədrlik etdiyi dövrdə Dağlıq Qarabağ münaqişəsiylə bağlı danışıqlara əhəmiyyətli töhfə verib".

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu İsveçrənin Ermənistandakı səfiri Lukas Qasser Yerevanda Almaniyanın ATƏT sədri kimi təqdimatı zamanı aparılan müzakirələrdə bildirib.

    Diplomat 2014-ci ildə İsveçrə prezidenti Didye Burxalterin Cənubi Qafqaza, o cümlədən Azərbaycan və Ermənistana səfər etdiyini və sülh danışıqlarının intensivləşdirilməsinin zəruri olduğunu qeyd etdiyini xatırladıb. Səfirin sözlərinə görə, onun fəaliyyəti sonradan il ərzində prezidentlərin NATO sammiti çərçivəsində Uelsdə, eləcə də Parisdə görüşməsiylə nəticələnib. Bundan əlavə, İsveçrə nümayəndəsi Günter Behler 2014-cü ildə ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi təyin edilib və 2015-ci ildə o, növbəti sədr - Serbiya tərəfindən yenidən eyni təyinatı alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi