​Səfir: "İordaniya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir"

​Səfir: "İordaniya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir" Şahin Mustafayev İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirini qəbul edib
Qarabağ
13 Fevral , 2015 20:18
​Səfir: İordaniya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir

Bakı. 13 fevral. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Nassar Al-Habaşnehini qəbul edib.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanlar var. Belə ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün hüquqi baza yaradılıb, iş adamları arasında işgüzar əlaqələr formalaşıb, biznes forum və işgüzar görüşlər keçirilib. Onun sözlərinə görə, Azərbaycan və İordaniya hökumətləri arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişlənməsində önəmli rol oynayır.

Səfir isə Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini vurğulayıb. O bildirib ki, İordaniya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir. İordaniyalı diplomat ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini bundan sonra da əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan və İordaniya arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi