Yuxarı

Səfir: "Fransa prezidentlərin görüşlərini Qarabağ münaqişəsinin həlli üçün şans kimi görür"

Fransa hər zaman dövlət başçılarının görüşünü təşkil etməyə hazır olduğunu bildirib

Bakı. 12 iyul. REPORT.AZ/ "Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün hər zaman Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil və qəbul etməyə hazır olduğunu bildirib".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib.

Fransalı diplomat işlərin Rusiya və ABŞ-dan olan həmkarlarla sıx əməkdaşlıq şəraitində həyata keçirildiyini vurğulayıb.

"Prezident Olland Varşavada keçirilmiş NATO sammiti çərçivəsində həmkarları Serj Sarqsyan və İlham Əliyevlə görüşüb. Təbii ki, gündəlikdə münaqişənin həlli məsələsi dayanıb", - deyə səfir xatırladıb.

Onun sözlərinə görə, Fransa prezidentlərin görüşlərini münaqişənin həlli üçün şans kimi görür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi