Bakı. 29 oktyabr. REPORT.AZ/ "Fransanın Azərbaycandakı səfiri olaraq Dağlıq Qarabağ münaqişəsi qurbanlarına və onların ailələrinə, eləcə də çoxsaylı məcburi köçkünlərə bir daha səmimi hisslərimi ifadə edirəm".
"Report"un məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib.
Fransa şəhərlərinin merlərinin Dağlıq Qarabağa səfərlərinə gəldikdə, səfir deyib ki, rəsmi Parisin münaqişə ilə bağlı mövqeyi aydındır və birmənalıdır.
O.Buşez vurğulayıb ki, Fransanın Xarici İşlər Nazirliyi oktyabrın 26-da yaydığı bəyanatla bunu bir daha xatırladıb: "Fransa "Dağlıq Qarabağ Respublikası"nı tanımır və yerli hakimiyyət orqanları tərəfindən imzalanmış sazişlərin yerinə yetirilməsində məsuliyyət Fransız hökumətinin üzərinə düşmür. Bu sazişlər heç bir hüquqi dəyərə malik deyil. Fransa Minsk qrupunun həmsədri kimi, Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini qərəzsiz şəkildə aparacaq".