Səfir: "Ermənistanın işğal etdiyi ərazilərdə məskunlaşdırma siyasəti humanitar hüquq prinsiplərinə tam ziddir"

Səfir: "Ermənistanın işğal etdiyi ərazilərdə məskunlaşdırma siyasəti humanitar hüquq prinsiplərinə tam ziddir" "Bu siyasət Da]l;q Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə beynəlxalq ictimaiyyətin səylərini zərbə altında qoyur"
Qarabağ
7 İyul , 2017 15:47
Səfir: Ermənistanın işğal etdiyi ərazilərdə məskunlaşdırma siyasəti humanitar hüquq prinsiplərinə tam ziddir

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "The Economist" qəzetinə bu nəşrdə Ermənistan hökumətinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda məskunlaşdıracağı Suriya erməniləri haqqında dərc edilmiş məqalə ilə bağlı məktub yazıb.

"Report" nəşrin saytına istinadən xəbər verir ki, diplomat məktubda Ermənistanın bu siyasətinin beynəlxalq humanitar hüququn əsas prinsiplərinə, o cümlədən Cenevrə Konvensiyasına tam zidd olduğunu qeyd edib.

"Aydındır ki, Ermənistan hökuməti Suriyada münaqişəsinin təsirinə məruz qalmışlara humanitar yardım adı ilə Azərbaycanın işğal olunmuş ərazilərində sənədləşdirilmiş məskunlaşdırma siyasətini yürüdür. Bu siyasət işğal olunmuş ərazilərin demoqrafik tərkibinin qəsdən dəyişdirilməsinə yönəlib və Cənubi Qafqazda uzun illərdir davam edən münaqişənin dinc yolla həll edilməsi üzrə beynəlxalq ictimaiyyətin səylərini zərbə altında qoyur", - səfir yazıb.

Ardından T.Tağızadə Ermənistan hökumətinin Suriyadan olan erməni qaçqınların qeydinə qaldığını göstərdiyi məqamda erməni təcavüzü nəticəsində öz evlərini tərk etmək məcburiyyətində qalan Azərbaycanın yüzminlərlə qaçqın və məcburi köçkününə münasibətini qabardıb: "Təəssüf ki, suriyalı ermənilərə şəfqət göstərdiyini nümayiş etdirməyə çalışan Ermənistan azərbaycanlı qaçqınları və onların əsas hüquqlarını inkar edir".

Qeyd edək ki, bu məqaləyə Türkiyənin Böyük Britaniyadakı səfiri Abdurrahman Bilqiç də cavab verib. Türkiyə səfiri məqalədə qondarma "erməni soyqırımı" ifadəsinin işlədilməsinə narazılığını xüsusi olaraq bildirib və müəllifi Türkiyənin milyonlarla suriyalı qaçqını ölkə ərazisində qəbul etdiyini vurğulamağa çağırıb.

Son xəbərlər

Orphus sistemi