​Səfir: "Ermənistan Azərbaycanın mədəni irsini məhv edir"

​Səfir: "Ermənistan Azərbaycanın mədəni irsini məhv edir" "The Guardian" Azərbaycanın Böyük Britaniyadakı səfiri və UNESCO yanında daimi nümayəndəsinin məktubunu dərc edib
Qarabağ
3 Sentyabr , 2015 13:07
​Səfir: Ermənistan Azərbaycanın mədəni irsini məhv edir

Bakı. 3 sentyabr. REPORT.AZ/ Britaniyanın "The Guardian" nəşri Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və ölkənin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimovun məktublarını dərc edib.

"Report" qəzetin saytına istinadən xəbər verir ki, məktublarında diplomatlar bir qədər əvvəl qəzetin səhifələrində dərc olunan Saymon Mahakyanın məqaləsinə cavab veriblər. Həmin məqalədə müəllif UNESCO-nu onun "İŞİD" tərəfindən qədim Palmiradakı abidələrin məhv edilməsinə və güya Azərbaycanda xaçkarların dağıdılmasına göstərdiyi münasibətini tənqid edib.

Öz məktubunda T.Tağızadə S.Mahakyanın məqaləsinin istehzalı olduğunu deyərək qeyd edib ki, məhz Ermənistan Azərbaycanla münaqişə zamanı etnik azərbaycanlıların tarixi irsini məhv edərək monoetnik dövlətə çevrilib.

Səfir həmçinin vurğulayıb ki, bu siyasət işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə daha genişmiqyaslı şəkildə davam etdirilib: "Azərbaycan dəfələrlə işğal olunmuş ərazilərində mədəni irsin qorunması ilə bağlı hərtərəfli araşdırma missiyasının təşkilinə və tam araşdırılmasına çağırıb. Ermənistan isə buna mane olub".

T.Tağızadə qeyd edib ki, ATƏT-in araşdırma missiyası 2005-ci və 2010-cu ildə işğal olunmuş ərazilərdə mədəni irsin məhv olunması ilə bağlı hesabat hazırlayıb: "Biz Azərbaycanda bütün etnik və dini azlıqların mədəniyyəti və irsi ilə fəxr edirik. Bakının mərkəzindəki erməni kilsəsi bunun bariz nümunəsidir".

Öz növbəsində, A.Kərimov Culfadakı qəbiristanlığın güya dağıdılması iddialarının beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi olduğunu deyib.

Onun sözlərinə görə, 1990-cı ildən Azərbaycanın mədəni və dini irsi Ermənistan tərəfindən təkcə işğal olunmuş Dağlıq Qarabağda deyil, həmçinin Ermənistanın özündə də vəhşicəsinə dağıdılaraq məhv edilib. A.Kərimov Ermənistanın Masis rayonundakı qədim Ağa-Dədə məscidi və qəbiristanlığın dağıdılmasını misal çəkib.

Diplomat qeyd edib ki, Azərbaycan UNESCO-nun mədəniyyətlər arasında dialoqun dərinləşməsi və yaxınlaşmasına yönələn qlobal missiyası və fəaliyyətini tam dəstəkləyir.  

Son xəbərlər

Orphus sistemi