Səfir: Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Səfir: Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir Svend Ollinq bunu Azərbaycan prezidenti ilə görüşü zamanı deyib
Qarabağ
26 Mart , 2017 13:53
Səfir: Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bakı. 26 mart. REPORT.AZ/ Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

"Report" xəbər verir ki, bunu martın 26-da etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Svend Ollinq deyib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Danimarkalı diplomat söhbət əsnasında ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi