Yuxarı

​Səfir: "Böyük Britaniya Dağlıq Qarabağdakı qondarma rejimi tanımır"

Rəsmi səviyyədə bizim onlarla əlaqəmiz yoxdur

Bakı. 2 iyun. REPORT.AZ/ "Böyük Britaniya Dağlıq Qarabağdakı qondarma rejimi tanımır. Rəsmi səviyyədə bizim onlarla əlaqəmiz yoxdur". "Report"un verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, əgər səfər şəxsi xarakter daşıyırsa və sərhədi keçərkən qanunlar pozulmayıbsa, Böyük Britaniya onlara mane ola bilməz: "Lakin bu cür şəxslərlə rəsmi görüş keçirilməyəcək".

Xatırladaq ki, bir qədər öncə Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndəsi Bako Saakyan Fransaya səfər edib. Erməni mətbuatının verdiyi xəbərə görə, Saakyan həmçinin Böyük Britaniyaya da səfər edə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi