Bakı. 23 aprel. REPORT.AZ/ "Beynəlxalq ictimaiyyət ermənilərin uydurma "soyqırımı" iddialarına deyil,
Səfir qeyd edib ki, Qərb ermənilərin uydurma "soyqırımı" iddialarına deyil, Xocalı soyqırımına daha çox diqqət çəkməlidir: “Necə olur ki, 100 il bundan əvvəl baş verdiyi iddia olunan və heç bir dəlil-sübutu olmayan "erməni soyqırımı" ilə bağlı Avropada bəyanat verilir, amma 23 il bundan qabaq törədilən Xocalı soyqırımına dünya birliyi tərəfindən hüquqi qiymət verilmir”.
Səfir bildirib ki, Türkiyə və Azərbaycan zaman-zaman eyni taleyi yaşayıb: "Türkiyənin Azərbaycanla ortaq mədəniyyəti olduğu kimi, həmişə ortaq acı və şirin taleyi bölüşüb. Biz dünyaya sülh mesajı verməyə çalışırıq. Biz də ermənilər və türk xalqının digər düşmənləri kimi, öz uşaqlarımızda həmin xalqlara qarşı nifrət və ikrah hissi yarada bilərdik. Amma bunu etmirik, dünyada sülh və əmin-amanlığın bərqərar olmasına çalışırıq”.