Yuxarı
    Bağlamaq

    Səfir: "Belarus Qarabağ münaqişəsi məsələsinə heç vaxt biganə olmayıb"

    Gennadi Axramoviç: Azərbaycan da hər zaman Belarusa arxalana bilər

    Bakı. 28 dekabr. REPORT.AZ/ "Rəsmi Minsk həll olunmamış Dağlıq Qarabağ münaqişəsi məsələsinə heç vaxt biganə olmayıb".

    "Report" xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bu gün keçirdiyi brifinqdə deyib.

    Bu ilin aprel ayında qoşunların təmas xəttində gərginliyin artmasına toxunan G.Axramoviç xatırladıb ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu məsələ ilə bağlı öz prinsipial mövqeyini ortaya qoyan şəxslərdən biri olub.

    Səfir həmçinin Azərbaycan və Belarusun həmişə müxtəlif beynəlxalq platformalarda bir-birini dəstəklədiyini bildirib və Belarusun mövqeyini dəstəklədiyinə görə Azərbaycana minnətdarlıq edib: "Azərbaycan da hər zaman Belarusa arxalana bilər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi