Səfir: “Azərbaycan Qarabağ problemini hərbi yolla həll etməyə hazırdır”

Səfir: “Azərbaycan Qarabağ problemini hərbi yolla həll etməyə hazırdır” "22 ildir bu münaqişənin sülh yolu ilə həllinə cəhd eilir. Nə qədər olar axı?”
Qarabağ
2 Aprel , 2016 20:25
Səfir: “Azərbaycan Qarabağ problemini hərbi yolla həll etməyə hazırdır”

Bakı. 2 Aprel. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakının Dağlıq Qarabağ problemini hərbi yolla həll etməyə hazır olduğunu bildirib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, səfir bunu şənbə günü “Danışır Moskva” radiostasiyasının efirində bəyan edib.

"22 ildir bu münaqişənin sülh yolu ilə həllinə cəhd eilir. Nə qədər olar axı?” Biz məsələnin sülh yolu ilə həllinə hazırıq. Lakin sülh yolu ilə həll olunmazsa, o zaman hərbi yolla həll edəcəyik", - deyə P. Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən güzəşt ondan ibarətdir ki, erməni hərbçilərinə mübahisəli zonanı tərk etmək təklif olunub. Səfir qeyd edib ki, bundan sonra respublika rəhbərləri iki xalqın Dağlıq Qarabağ ərazisində birgə yaşayışını müzakirə etmək üçün danışıqlar masası arxasına əyləşəcəklər.

"BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var, BMT Baş konfransının qərarı var, AŞPA Şurasının sənədləri var və sair. Minsk qrupu fəaliyyət göstərir. İşğalçı qoşunların çıxarılması barədə konkret təkliflər var", - deyə səfir əlavə edib.

Aparıcının “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllində Azərbaycanı dəstəkləyirmi?” sualına səfir belə cavab verib:

"Burada kimin kimi dəstəklədiyi önəmli deyil. Siz ikinci dərəcəli səbəblər axtarırsınız. Məsələ Azərbaycan torpaqlarının işğal olunmasındadır".

Son xəbərlər

Orphus sistemi