Yuxarı
    Bağlamaq

    Səfir: “Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - VİDEO

    “Bu, böyük faciədir, çünki ailələr oğullarını itirir”

    Qusar. 10 mart. REPORT.AZ/ "Ötən ilin iyun ayında Almaniyanın keçmiş xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycana səfər edib və bəyan edib ki, aprel ayındakı hadisələr göstərib ki, status-kvo vəziyyəti dəyişilməlidir. Almaniyanın mövqeyi ondan ibarətdir ki, bu münaqişə ilə bağlı ciddi danışıqlar aparılmalıdır".

    Bunu "Report"un Şimal bürosuna açıqlamasında Qusar rayonunda səfərdə olan Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.

    "Biz bunun üçün səylər göstəririk. Çox təəssüf ki, yenidən təmas xəttində baş verən hadisə zamanı yenə itkilər olub, cavan əsgərlər həlak olublar. Bu, böyük faciədir, çünki ailələr oğullarını itirir" -  M.Kindsqrab əlavə edib.

    Səfir vurğulayıb ki, Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: "Münaqişə sülh yolu ilə, Madrid prinsipləri əsasında həll olunmalıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi