Yuxarı
    Bağlamaq

    Səfir: "Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini diqqətlə izləyir"

    Başa düşürəm, bu mövzu burada nə dərəcədə vacibdir

    Bakı. 20 sentyabr. REPORT.AZ / "Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına birbaşa cəlb olunmayıb, lakin hadisələrin prosesini diqqətlə izləyir".

    "Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas bildirib.

    "Başa düşürəm, bu mövzu burada nə dərəcədə vacibdir. Mən Gürcüstanda əvvəllər işlədiyim zaman əldə etdiyim təhlükəsizlik siyasəti və münaqişələr üzrə təcrübəmdən istifadə edəcəyəm. Avropa İttifaqı yerlərdə və beynəlxalq meydanlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gedişatını diqqətlə izləyir. Münaqişə mövzusu Azərbaycanın Aİ ilə yeni sazişi çərçivəsində və Şərq Tərəfdaşlığı sammitinə hazırlıq zamanı da müzakirə olunacaq",- deyə K.Yankauskas bildirib.

    Səfir qeyd edib ki, Bakıya bu yaxınlarda gəlib və bu mərhələdə işlərin gedişatını daha yaxşı öyrənmək və dərk etmək istəyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi