Yuxarı

Səfir: "Aİ ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir"

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bu il beş dəfə Azərbaycana səfər edib

Bakı. 15 dekabr. REPORT.AZ/ "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard jurnalistlərə açıqlamasında deyib.

"Bu yaxınlarda Hamburqda Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. H.Zalber bu il beş dəfə Azərbaycana səfər edib. Onun gələn il səfərlərə davam edəcəyinə ümid edirik", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi