Yuxarı

​Səfir: "ABŞ təmas xəttində baş verən hadisələrə görə narahatdır"

Bəziləri Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab edirlər, lakin bu belə deyil

Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrə görə narahatdır. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.

"Həmsədr Uorlikin də qeyd etdiyi kimi, bu cür hadisələr bizi çox narahat edir. ATƏT-in Minsk Qrupunun fəaliyyəti münaqişənin sülh yolu ilə həlli və vəziyyətin gərginləşməsinin qarşısının alınmasına yönəlib", - səfir bildirib.

"Bəziləri Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab edir, lakin bu belə deyil", - ABŞ səfiri qeyd edib. O, əlavə edib ki, vasitəçilər münaqişənin həlli yollarını tapmaq üçün tərəflərlə işləməkdə davam edir.

Jurnalistlərin suallarını cavablandıran səfir ABŞ-ın Azərbaycanla ticari əlaqələrin inkişafında maraqlı olduğunu və kənd təsərrüfatı, həmçinin özəl sektorun inkişafı, nəqliyyat layihələrinin həyata keçirilməsi kimi istiqamətlərdə birgə əməkdaşlığa hazır olduqlarını ifadə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi