Səfir: "ABŞ ATƏT-in Minsk qrupunun fəal iştirakçısı olmağa davam edəcək"

Səfir: "ABŞ ATƏT-in Minsk qrupunun fəal iştirakçısı olmağa davam edəcək" ABŞ-dan olan həmsədr münaqişənin həlli üçün hər cür səylər göstərəcək
Qarabağ
16 Noyabr , 2017 17:02
Səfir: ABŞ ATƏT-in Minsk qrupunun fəal iştirakçısı olmağa davam edəcək
Report/ Firi Salim

Bakı. 16 noyabr. REPORT.AZ/ "ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun fəal iştirakçısı olmağa davam edəcək".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkələri sırasından çıxmasının mümkünlüyünü şərh edərkən deyib.

Səfir qeyd edib ki, spekulyativ xarakter daşıyan fikirlərə münasibət bildirmək istəmir. Diplomat Birləşmiş Ştatların Minsk qrupunun fəal həmsədri olduğunu və bundan sonra da olacağını vurğulayıb.

O, Vaşinqtonun bu yaxınlarda Endryu Şoferi yeni həmsədr təyin etdiyini və onun münaqişənin həlli üçün hər cür səylər göstərəcəyini əlavə edib.

Son xəbərlər

Orphus sistemi