Bakı. 24 dekabr. REPORT.AZ/ Başa çatmaqda olan ildə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində irəliləyiş qeydə alınmayıb, lakin danışıqlar prosesi davam edir.
"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarqsyan bildirib.
Sarqsyan Qarabağ probleminin sülh yolu ilə nizamlanmasından danışıb və bildirib ki, gələcəkdə bu istiqamətdə səyləri ikiqat artırmaq lazımdır.