Yuxarı

​Saratovda Xocalı soyqırımı qurbanları anılıb

Biz təkcə öz bayramlarımızı deyil, kədərli günlərimizi də xatırlamalıyıq

Bakı. 3 mart. REPORT.AZ/ Rusiyanın Saratov vilayətinin İslam kompleksində ermənilərin Xocalıda törətdikləri soyqırımı qurbanları anılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, mərasimdə Azərbaycan diasporunun nümayəndələri, Saratovda fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin idarə heyətinin sədri Hacımurad Muradov, Saratov vilayətinin müftisi Müqəddəs Bibarsov və Saratov vilayətinin Milli-Mədəni Birliklər Assosiasiyasının prezidenti Salman Musayev iştirak ediblər.

"Bu faciəyə həsr olunmuş mərasimlər bütün dünyada keçirilir. Biz təkcə öz bayramlarımızı deyil, həm də kədərli günlərimizi xatırlamalıyıq. Bu bilikləri nəsildən nəsilə ötürmək lazımdır ki, gələcək nəsillər öz tarixlərini bilsinlər və heç vaxt haqsızlığa boyun əyməsinlər", - deyə Saratov vilayəti Müsəlmanlarının Ruhani İdarəsi Müqəddəs Bibarsovun sözlərini sitat gətirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi