Bakı. 10 fevral. REPORT.AZ/ "İnamın güclənməsi tədbirləri azaldığından, Dağlıq Qarabağda "təsadüfi müharibə"nin başlaması təhlükəsi qalmaqdadır".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın tanınmış təhlilçisi, Qafqaz üzrə ekspert Sabina Freyzer deyib.
Onun sözlərinə görə, Dağlıq Qarbağ münaqişəsinin tənzimlənməsi 2011-ci ildə Kazanda keçirilən görüşdən sonra dalana dirənib: "Həmin vaxt tərəflər 2005-ci ildən vasitəçilərin irəli sürdüyü dinc proses mövzusunda razılığa gələ bilmədilər. İndi əsas məsələ prezidentlərin bu prinsipin müzakirəsini təxirə salıb, həmsədrlərin təklif etdiyi uzunmüddətli tənzimləməyə gətirib çıxaracaq, əhatəli danışıqlara başlamaqdır".