Sabina Freyzer: "Sərhəddə və təmas xəttində baş verən toqquşmaların çoxalması genişmiqyaslı müharibə riskini artırır"

Sabina Freyzer: "Sərhəddə və təmas xəttində baş verən toqquşmaların çoxalması genişmiqyaslı müharibə riskini artırır" "Mən Türkiyənin ATƏT MQ həmsədri qismində daxil edilməsi şanslarını görmürəm"
Qarabağ
3 Aprel , 2015 10:29
Sabina Freyzer: Sərhəddə və təmas xəttində baş verən toqquşmaların çoxalması genişmiqyaslı müharibə riskini artırır

Bakı. 3 aprel. REPORT.AZ/ "Ermənistan və Azərbaycan arasında toqquşmalar geniş miqyas alır. Onlar yalnız Dağlıq Qarabağda deyil, həm də sərhəddə baş verir. Bu çox narahat edici tendensiyadır".

Bu barədə "Report"a Cənubi Qafqaz üzrə ekspert, Atlantik Şurasının baş əməkdaşı Sabina Freyzer bildirib. 

Onun fikrincə, bu cür tendensiyalar 2 ölkə hərbçiləri arasında kommunikasiyanın olmamasını nəzərə alaraq, tammiqyaslı müharibə riskini artırır: "Mən deyərdim ki, bu xüsusi haldır. Bunu Gürcüstanla müqayisə etsək görərik ki, orada bir-birilə danışmaq üçün imkanlar var. Problem ondadır ki, danışıqlar prosesi (Azərbaycan və Ermənistan arasında - red.) lazımi qədər irəliləmir, yəni razılaşmanın əldə olunması ehtimalı çox azdır və müharibə üçün daha çox şans yaradır".

Türkiyə və Almaniyanı ATƏT-in Minsk qrupunun həmsədrləri qismində quruma daxil edilməsi çağırışlarına toxunan Sabina Freyzer bu perspektivə şübhə ilə yanaşıb: "Bu hər iki tərəfdən asılıdır, Ermənistan və Azərbaycan buna razılıq verməlidir. Azərbaycan daha çox həmsədrlərin sayının artırılmasında maraqlıdır, Ermənistan isə əksinə. Təəssüf ki, Türkiyə və Ermənistan arasında münasibətlər bir o qədər də yaxşı deyil, xüsusilə də bu il. Mən Türkiyənin ATƏT MQ həmsədri qismində daxil edilməsi şanslarını görmürəm".

Sabina Freyzer həmçinin Ukraynadakı münaqişə və onun Cənubi Qafqaz regionuna təsiri ilə bağlı fikirlərini söyləyib. Ekspertin fikrincə, Ukrayna məsələsi ilk növbədə onu göstərir ki, Rusiya təhlükəsizlik məsələsində mühüm oyunçudur və onu nəzərə almamaq olmaz. 

Son xəbərlər

Orphus sistemi